Almaniya film sektoru mübahisəli mövzunu kinoya gətirir

Aralarında 8 türkiyəlinin də olduğu 10 adamı öldürməklə günahlandırılan qeyri-qanuni irqçi NSU terror təşkilatının keçmişi kinoya köçürüləcək.

262373
Almaniya film sektoru mübahisəli mövzunu kinoya gətirir

  Filmdə 90-cı illərdə bir terror təşkilatı quran, oğurluq edən, cinayət işləyən, bombalı hücumlar təşkil edən üç neo-nasistin hekayəsindən bəhs ediləcək. Təşkilat üzvlərinin tutulma prosesi və Almaniya Konstitusiya Qoruma İdarəsinin həddindən artıq sağçı olanlara qarşı necə mübarizə apardığı da əks olunacaq.

  Filmin prodüseri Oliver Berben, rejissoru Martin Maskoviçdir (Moszkowicz), aktyorlarının adı isə hələ açıqlanmır.

  Qeyd edək ki, Münhen Ali Əyalət Məhkəməsində təxminən 2 ildən bəri davam edən prosesə görə, əsas şübhəli Beat Çepe (Beate Zschaepe) ilə birlikdə mühakimə olunan 4 şübhəli cinayət, bomba qoyma və bank soyğunlarına yardım etməkdə günahlandırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr