Əshabi-Kəhf Külliyəsi ‘‘UNESCO’’ siyahısında

Quran-i Kərimin Kəhf surəsində keçən "yeddi yatanlar"- ın, Afşinin Əshabi-Kəhf Külliyəsində olduğu gerçəyi təsdiqlənib.

256793
Əshabi-Kəhf Külliyəsi  ‘‘UNESCO’’  siyahısında

Kahramanmaraşın Afşin qəsəbəsindəki Əshabi-Kəhf Külliyəsinin ‘‘UNESCO’’ Dünya Mirası Müvəqqəti Siyahısına salınması ilə, bölgədəki inanc turizminin daha da artması gözlənilir.

Quran-i Kərimin Kəhf surəsində keçən "yeddi yatanlar"- ın, Afşinin Əshabi-Kəhf Külliyəsində olduğu gerçəyi təsdiqlənib.

Müxtəlif rəvayətlərə görə, Roma dövründə xristianlığı qəbul etdikləri üçün bütpərəst Dakyanusun zülmündən qaçan Yemliha, Mislina, Mekselina, Mernuş, Debernuş, Şazenuş və Kefestatayuş adlı gənclər, itləri Kitmir ilə mağaraya sığınır.

Gənclərin burada olduğunu öyrənən əsgərlər, bu 7 nəfərin çölə çıxa bilməməsi üçün mağaranın girişini divar hörərək bağlayıb. Yeddi gənc təxminən 300 il yatır, oyandıqlarında burada yalnız bir gecə qalır, içlərindən biri bazara gedib Roma puluyla yemək almağa çalışdığı zaman həqiqət ortaya çıxır.

Qeyd edək ki, Asiya, Avropa və Afrika qitələrində Əshabi-Kəhf adıyla onlarla mağara var. Türkiyədə isə Selçuk, Tarsus və Afşinin Əshabi-Kəhf mağarası var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr