"Qızıl Alma" (Kızıl Elma) mükafatının təqdimatı

IV Dünya Türk Forumu çərçivəsində təqdim olunan mükafata Azərbaycan sənətçisi də layiq görülüb

249386
"Qızıl Alma" (Kızıl Elma) mükafatının təqdimatı

Türk Asiya Strateji Araşdırmalar Mərkəzi (TASAM) tərəfindən təşkil edilən IV Dünya Türk Forumu çərçivəsində “Qızıl Alma” (Kızıl Elma) mükafatının təqdimatı olub.
Doqquz nominasiya üzrə ikinci dəfə təqdim edilən mükafatın “sənət” kateqoriyası üzrə laureatları Azərbaycandan müğənni Azərin və Qazaxıstandan musiqiçi, bəstəkar, qopuz ifaçısı Arslanbek Sultanbekov olub. Onlar türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüblər. Mükafatın elm kateqoriyası üzrə də Azərbaycandan Bakı Dövlət Universitetinin “Türk xalqları ədəbiyyatı” kafedrasının müdiri Ramiz Əsgər layiq görülüb. Bu nominasiya üzrə eyni vaxtda daha beş nəfər - Qazaxıstandan Temirxan Tebegenov, Qırğızıstandan Gülzara Cumakunova, Özbəkistandan Zöhrəddin İsaməddinov, Türkmənistandan Berdi Sarıyev görkəmli qırğız mütəfəkkiri Toktoqulun “Şeirə, nəğməyə çevrilən ömür” kitabının Azərbaycan, Qazax, Türk, Özbək, Türkmən dillərinə tərcümə etdikləri üçün layiq görülüblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr