"Qarabağın sǝssiz fǝryadı"

“Qarabağın sǝssiz fǝryadı” sǝnǝdli filminin tǝqdimatı Ankarada TRT Müdirliyindǝ baş tutub.

289586
"Qarabağın sǝssiz fǝryadı"

“Qarabağın sǝssiz fǝryadı” sǝnǝdli filminin tǝqdimatı Ankarada TRT Müdirliyindǝ baş tutub.
Azǝrbaycanda ermǝnilǝr tǝrǝfindǝn hǝyata keçirilǝn soyqırımları şǝrh edǝn sǝnǝdli filmin tǝqdimat mǝrasimindǝ çıxış edǝn TRT-nin baş direktoru Şenol Göka keçmişdǝn bu günǝ bu coğrafiyanın böyük iztirablar yaşadığına diqqǝt çǝkib.
Göka, 31 Martın Azǝrbaycanda böyük qǝtliamların yaşandığı günün simvolu olan bir tarix olduğuna diqqǝt çǝkǝrǝk deyib ki, bu coğrafiya iztirabların yaşandığı bir coğrafiyadır, amma eyni zamanda ǝzmli olmağın simvoluna çevrilǝn bir coğrafiyadır. “Qarabağın sǝssiz fǝryadı” sǝnǝdli filmi bu qǝtliamların unudulmaması vǝ unutdurulmaması sahǝsindǝ önǝmli bir vasitǝ olacaqdır.
Mǝrasimǝ qatılan Azǝrbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türklǝrǝ dünyada ikiüzlü rǝftar edildiyini vurğulayaraq deyib ki, bu gün buraya kǝdǝrimizi bölüşmǝyǝ gǝldik. 31 Mart- Azǝrbaycanlıların Soyqırımı günüdür. Bu soyqırımlar Azǝrbaycanda 200 il davam edib. Bizim başımıza gǝlǝnlǝri hǝlǝ dǝ böyük dövlǝtlǝr tanımır. Tanımaq belǝ istǝmirlǝr.
Azǝrbaycanın Ankara sǝfiri dǝ hǝyata keçirilǝn soyqırımların unudulmayacağını bildirib.
Qeyd edǝk ki, TRT AVAZ-ın layihəsi ilə ərsəyə gələn 6 hissəli filmin məsləhətçisi Türk Akademiyası Siyasi Sosial Strateji Araşdırmalar Vəqfidir. «Qarabağın səssiz fəryadı» adlanan film bir çox uğurlara imza atan «PRD YAPIM studiyası» nda istehsal olunub. Rejissoru Savaş Bozkaya, redaktoru isə Aydoğan Yüce olan filmdə Qarabağ müharibəsinin tarixi səbəbləri, nəticələri, Xocalı soyqırımı, Azərbaycan ordusundakı ümumi vəziyyət, təmas xəttində yaşanan gərginliklərdən bəhs edilir. Çəkilişlər Azǝrbaycanın bütün bölgələrində, eləcə də Ermənistanla sərhəd ərazilərdə və Türkiyədə aparılıb. Filmdə rəsmi nümayəndələr, tarixçi-araşdırmaçılar, müharibənin canlı şahidləri, əsir düşmüş, şəhid olmuş insanların yaxınlarının müsahibələri yer alıb. Əsas bölüm isə Xocalı soygrımına həsr olunub. Soyqrımda yaşanan dəhşətli hadisələr Ankaranın tarixi Qızılcahamam adlanan dağ meşəliyi ərazisində canlandırılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr