İşğalçıların zəfər xəyali ipək dəsmalda qaldı

Tarixin ən əhəmiyyətli döyüşü olaraq bilinən Çanaqqala Döyüşü üçün İngiltərə xüsusi olaraq ipəktən xatirə dəsmalı hazırlayıb.

268255
İşğalçıların zəfər xəyali ipək  dəsmalda qaldı

Tarixin ən əhəmiyyətli döyüşü olaraq bilinən Çanaqqala Döyüşü üçün İngiltərə xüsusi olaraq ipəktən xatirə dəsmalı hazırlayıb.
Hazırlanan dəsmallar üzərində İngilis hərbi gəmilərinin Çanaqqalayı keçərək İstanbula çatdığı və bu şəhərdə ucaldılması planlaşdırılan müstəmləkə bayrağı təsvir edilib.
Türk iş dünyasının tanınmış simalarından Oğuz Aydemir 40 il əvvəl ipəkdən xatirə dəsmalları kolleksiya toplamağa başlayıb.
Dəsmalların üzərində 18-ci əsrdən tarixi hadisələrlə bağlı maraqlı detallar yer alır.
Aydemirin kolleksiyası 120 dəsmalla Türkiyənin tək, dünyanın isə ən əhəmiyyətli ipək dəsmalı kolleksiyalarından biri sayılır.
Kolleksiyoner Aydemir, Çanaqqala Deniz Zəfərinin 100-cü il dönümü fəaliyyətləri daxilində İzmir Ege Universiteti Atatürk Mədəniyyət Mərkəzində açılan tarixi İpək Dəsmallar Sərgisindən bəzi açıqlamalar verilib.
Kolleksiyasında Osmanlı, İngiltərə, Fransa, Rusiya və Misir dövlətlərinin tarixi ilə bağlı az bilinən, tarixi faktlar olduğuna işarə edən Aydemir, kolleksiyanın ən maraqlı əsərinin isə Çanaqqala Döyüşünə aid ‘‘To Constantinople’’ adlı dəsmal olduğunu vurğulayıb.
Qeyd edək ki, İngilislər, döyüş hazırlıqları çərçivəsində İstanbulu alacaqlarını düşünərək bu dəsmalı hazırlamışdılar. Dəsmal üzərində Çanaqqala Boğazı və Mərmərə dənizi içindəki hərəkat planları, gəmilərin mövqeləri işarə olunub.
Sərgi Martın 21-nə qədər açıq olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr