Avropanın tən ortasında "Sultanın dünyası"

Brüssel Gözəl Sənətlər Sarayının qapıları “Sultanın dünyası”na açılıb.

254797
Avropanın tən ortasında "Sultanın dünyası"

  “Sultanın dünyası” Osmanlı İmperatorluğunun Avropadakı inikasıyla bağlı 65 muzeyin hazırladığı ortaq sərginin adıdır.

  Osmanlı sultanlarının dünyasına bu dəfə avropalıların gözü ilə baxılır.

  Brüssel Gözəl Sənətlər Sarayının baş direktoru professor Paul Dujardin sərginin Avropa İttifaqının bir layihəsi olduğunu deyib:

  "Belçika Avropanın ürəyində yer alır. Ona görə Avropa və Osmanlı İmperatorluğunu birləşdirən elementləri bura daşıdıq. Bu sərgidə İntibah dövründə avropalı sənətçilərinin Osmanlı mədəniyyətindən necə təsirləndiklərini və Şərqdən gələn bu gücün Avropanın sənət aləmini necə dəyişdirdiyini görürük".

  Beş hissədən ibarət olan sərginin birinci hissəsində Avropa və Osmanlının ilkin tanışlığı əks olunur. Daha çox döyüş rəsmlərinin yer aldığı bu bölümdə avropalı sənətçilərin dünyanın yeni gücü olan Osmanlıya maraqları görünür. Bu dövrdən başlayaraq Avropaya Osmanlı tablo, əlyazma, qravür, əl işi, heykəl və döyüş vəsaitləri yol alıb.

  Bir-birindən qiymətli tarixi əsərləri Avropa mərkəzində bir araya gətirən sərgi 31 may tarixinə qədər davam edəcək. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr