Bu gün martın 3-ü Azərbaycanda Od çərşənbəsidir

Od çərşənbəsi Novruz bayramı ərəfəsində qeyd edilən ilin axır çərşənbələrindən ikincisidir.

246047
  Bu gün martın 3-ü Azərbaycanda Od çərşənbəsidir

  Xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.

  Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər.

  Od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür.

  Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.

  Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçəcəyinə işarədir.

  Qalanan tonqal “Kitabi-Dədə Qorqud” dastanından da görünür ki, Zərdüştlükdən hələ çox-çox əvvəllər insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu kimi odu təsəvvürlərində rəmzləşdiriblər. Və belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət də o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr