"İlk dəfə olaraq Türkiyənin sağcısı da, solcusu da bir fikirdə oldu", Hülya Koçyiğit

Bursanın Uludağ Universitetində olan aktrisa Özgecan Aslan cinayətinə də toxunaraq bu sözləri deyib:

230159
"İlk dəfə olaraq Türkiyənin sağcısı da, solcusu da bir fikirdə oldu", Hülya Koçyiğit

  “Qadına şiddət hər dövrdə olub, bu gün də var. Zehniyyət dəyişməsə, bu, sabah da belə davam edəcək. Dünyada nümunələri az deyil. Amma bizim ölkəmizdə dözüm sərhədləri aşdı. İlk dəfə olaraq Türkiyənin sağcısı da, solcusu da bir fikirdə oldu, bir ağrını hamımız eyni cür hiss etdik. Bu, bizə dərs olmalıdır. İnsanlığımızdan utandım. Xəcalətli olduq”.

  “Bu hadisə ağlımızı başımıza gətirməlidir” deyən Koçyiğit qadına şiddətə cəza barədə isə bu sözlərlə davam edib: “Nə etmək lazım olduğuna oturub bir millət kimi qərar verməliyik. Qanunlar var, ən ağır cəzalar da var, amma qadına şiddətlə bağlı məhkəmə işləri çox zaman qadının əleyhinə nəticələnir. İnsan olan bir başqa insanın öldürülməsini istəməz. Mən də istəmirəm. Mənim istədiyim bu cür cinayətlərə ən ağırlaşdırılmış və heç bir şəkildə əhf edilməyəcək cəzalar verilməsidir”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr