"Dost İslama Xidmət Mükafatları"

"Dost İslama Xidmət Mükafatları" sahiblərinә tәqdim edilib.

170290
"Dost İslama Xidmət Mükafatları"

"Dost İslama Xidmət Mükafatları" sahiblərinә tәqdim edilib
Hz. Məhəmmədin tәvәllüdünün 1444-cü il dönümü münasibәtiylә təşkil edilən ənənəvi 11-ci Dost İslama Xidmət Mükafatları ötәn gün İstanbulda sahiblәrinә tәqdim edilib.
Mərasim, Grammy namizədi musiqiçi Rəhman Altının, Hz. Peyğəmbərin Məkkədən Mədinəyə hicrətini tәsvir edәn ilahini sәslәndirmisi ilә başlayıb.
Bu ilki mövzusu "Hicrət" olaraq açıqlanan tәdbir, Quran-ı Kərim tilavətiylə davam edib.
Tәdbir çәrçivәsindә edilәn çıxışlarda Hicrətin əhəmiyyəti və tarixinә toxunulub.
Türkiyədə İslamçılıq və modernləşmə mövzularıyla əlaqədar işləri və Xilafət Risalәlәri mövzulu әsәrlәri səbəbiylə Prof. Dr. İsmail Kara vә Hz. Peyğəmbərin Mənəvi Təlimləri adlı kitabın müәllifi Fransalı Prof. Tayep Chouirefe mükafat tәqdim edilib.
Cəzairli bir ailənin uşağı olaraq 1972-ci ildə Fransada doğulan Chouiref, Hz. Peyğəmbər ilə əlaqədar qәlәmәmә verdiyi әsәri sәbәbi ilә mükafat ilә tәltif olunmasını yüksәk qiymәtlәndirdiyini vә özünü xoşbәxt hiss etdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr