Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi

“Anadolu Xǝbǝlǝr Agentliyi”, Azərbaycan Dövlət Teleqraf Agentliyi (“AzərTac”) və Yunus Əmrə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərginin açılışı olub.

144835
Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi

Azərbaycan Muzey Mərkəzində bu gün “Anadolu Xǝbǝlǝr Agentliyi”, Azərbaycan Dövlət Teleqraf Agentliyi (“AzərTac”) və Yunus Əmrə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərginin açılışı olub.
Azərbaycan və Türkiyənin dövlət himnləri ilə açılan sərgidə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, TRT-nin rəhbəri Şenal Göka, Anadolu Agentliyinin müdir müavini Əbubəkr Şahin, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi, deputatlar və ictimai xadimlər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Əli Həsənov sərginin təşkilatçılarına minnətdarlığını bildirərək deyib ki, Heydər Əliyev aramızda olmasa da, onun ideyaları, həyata keçirdiyi siyasət uğurla davam etdirilir: “Bu gün yaşadığımız və fəaliyyət göstərdiyimiz müstəqil Azərbaycan dövləti ulu öndərin ideyalarının əbədiliyini nümayiş etdirir. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində özünə əbədi yer tutub. Biz yaşadıqca, Azərbaycan xalqı yaşadıqca, bu yer bizim qəlbimizdə əbədi yaşayacaq”.
Aslanov bildirib ki, sərgidəki fotoşəkillər iki qardaş ölkənin milli informasiya agentlikləri olan “AzərTac” və “Anadolu”nun arxivlərində çox qiymətli sərvət kimi qorunub saxlanır.
Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Meral Barlas da çıxışında Azərbaycanda dövlət quruculuğunun əsasını qoyan Heydər Əliyevi dünya tarixində yeri olan siyasətçi adlandırıb.
TRT-nin rǝhbǝri Şenol Göka isǝ bildirib ki, Heydər Əliyevin daima səsləndirdiyi “Bir millət-iki dövlət” şüarı iki ölkə arasında qırılmaz möhkəm bağların yaranmasına səbəb olub.
Əbubǝkir Şahin isə deyib ki, “Anadolu” agentliyi türk dünyasının tanınmış oğlu Heydər Əliyevin vəfat etməsinin ildönümünə qatqı vermək üçün öz arxivindən ona məxsus fotoları çıxarıb belə bir sərgi keçirməklə qürur duyur.
Sərgi üç gün davam edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr