Dünyanın ǝn yaxşı 50 müǝllimindǝn biri seçilib

Müǝllimǝ Dilǝk Livaneli, Varkey Gems Vǝqfi Qlobal Müǝllim Mükafatı Komitǝsinin müǝyyǝnlǝşdirdiyi “dünyada ǝn yaxşı 50 müǝllim” arasında yer alıb.

143395
Dünyanın ǝn yaxşı 50 müǝllimindǝn biri seçilib

Samsun vilayǝtinin Çarşamba qǝsǝbǝsi Kumköy iptidai mǝktǝbindǝ müǝllimǝ işlǝyǝn Dilǝk Livaneli, Varkey Gems Vǝqfi Qlobal Müǝllim Mükafatı Komitǝsinin müǝyyǝnlǝşdirdiyi “dünyada ǝn yaxşı 50 müǝllim” arasında yer alıb.
Qǝsǝbǝnin icra hakimi Canǝr Yıldızı ziyarǝt edǝn Livaneli, şǝxsi müraciǝti nǝticǝsindǝ müraciǝtinin dǝyǝrlǝndirildiyini deyib.
Uğurlu olduğuna görǝ Livanelini tǝbrik edǝn Yıldız, onun, hind mǝnşǝli iş adamı Sunny Varkeyin tǝlim-tǝhsil sahǝsindǝ layihǝlǝr hazırlamaq mǝqsǝdi ilǝ qurduğu vǝ keçmiş ABŞ prezidenti Bilk Klintonun sǝdrlik etdiyi Varkey Gems Vǝqfi (Varkey GEMS Foundation) tǝrǝfindǝn tǝşkil edilǝn “Qlobal Müǝllim Mükafatı Komitǝsinin (The Global Teacher Prize) müǝyyǝnlǝşdirdiyi ǝn yaxşı 50 müǝllim arasında yer aldığını bildirib.
Livanelinin 5 min müǝllim arasında dǝyǝrlǝndirildiyini vǝ 50 nǝfǝrlik final qrupuna qaldığını ifadǝ edǝn Yıldız deyib ki, müsabiqǝnin 1 milyon dollar mükafatı var amma burada önǝmli olan müǝllimǝmizin digǝr müǝllimlǝrǝ nümunǝ olmasıdır vǝ nǝlǝri yerinǝ yetirǝ bilǝcǝyini göstǝrǝrǝk fǝrq yaratmasıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr