Mövlananın Anma Mərasimləri başlayır
Konyada Mövlananın 741-ci Vuslat Beynəlxalq Anma Mərasimlərinə start verilib.
140251
Konyada Mövlananın 741-ci Vuslat Beynəlxalq Anma Mərasimlərinə start verilib.
Mərasimlər, Mevlana Cəaləddin Rumi ilə Şəmsi Təbrizinin görüşdüyü Alaaddin Təpəsi yaxınlığındakı məşəlin yandırılması ilə başlayıb. Məşəli İnformasiya naziri Lütfi Elvan yandırıb. Sonra, Mövlana Muzeyinə yürüş təşkil olunub, səma ayini keçirilib və muzeydə Mevləvi ənənəsi olan dua oxunub. Duaya muzeydə olan xarici turistlər də qatılıb.
Anma mərasimləri, Mövlananın həyatını itirdiyi gün - dekabr ayının 17-si reallaşdırılacaq “Şəb-i Arus”a qədər davam edəcək.