Mövlananı Anma Mərasimləri

Mövlananın 741-ci Vuslat Beynəlxalq Anma Mərasimləri 11 gün davam edəcək.

139271
 Mövlananı Anma Mərasimləri

Konyada keçiriləcək, Mövlananın 741-ci Vuslat Beynəlxalq Anma Mərasimləri 11 gün davam edəcək.
Bu il “Feyizler, safalar ziyade ola...” mövzusunda reallaşdırılacaq mərasimlər, Mövlana Cəaləddin Rumi ilə Şəmsi Təbrizinin görüşdüyü Alaaddin Təpəsi yaxınlığındakı məşəlin yandırılması ilə başlayacaq.
Daha sonra Mövlana Muzeyinə yürüş olunacaq.
Mərasimlər çərçivəsində Türk və İngilis Məsnəvi Dərsləri, konfrans, teatr və şer dinləmələri, sərgi və təqdimatlar keçiriləcək.
7-17 dekabr tarixləri arasında 21 səma ayini reallaşdırılacaq. Sema ayini və digər fəaliyyətlərə 60 minə yaxın ziyarətçinin qatılacağı gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr