Nemətzadənin sǝhnǝ fǝaliyyǝtinin 50-ci illiyinə həsr olunmuş tən

Türk mǝdǝniyyǝtini dünyaya tanış edǝn incǝsǝnǝt vǝ elm xadimi Әflatun Nemətzadənin sǝhnǝ fǝaliyyǝtinin 50-ci illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

138814
Nemətzadənin sǝhnǝ fǝaliyyǝtinin 50-ci illiyinə həsr olunmuş tən

Türk mǝdǝniyyǝtini dünyaya tanış edǝn incǝsǝnǝt vǝ elm xadimi Әflatun Nemətzadənin sǝhnǝ fǝaliyyǝtinin 50-ci illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Dekabrın 5-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Ankarada tǝşkil edilǝn tǝdbir eyni zamanda Azərbaycanın əməkdar incəsənət xadimi, professor Əflatun Nemətzadənin anadan olmasının 70 illiyinə dǝ həsr olunub.
Mərasimdə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, Ankaradakı diplomatik korpus və beynəlxalq təşkilatların rəhbərləri və sənətsevərlər iştirak ediblər. Mərasim zamanı Türkiyə Böyük Millǝt Mǝclisinin sǝdri Cəmil Çiçək, Ankaranın icra direktoru Məhmət Qılınclar və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin təbrik məktubları oxunub.
Rəsmi açılışda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Ankaradakı Fövqəladə və səfiri Faiq Bağırov və Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov Əflatun Nemətzadənin zəngin həyat və yaradıcılığının əhəmiyyəti, əldə etdiyi nailiyyətlərə dair çıxış ediblǝr. Həmçinin, Ə.Nemətzadənin rejissorluq sahəsində əldə etdiyi nailiyyətləri Türk xalqlarının mədəni irsinin inkişafına və zənginləşməsinə böyük bir töhfə olduğu və onun həmişə dünya şöhrətli sənətkarların əsərlərinə müraciət etdiyi vurğulanıb. Çıxışlarda Ə.Nemətzadənin Azərbaycanda və Türkiyədəki fəal ictimai fəaliyyətindən də söz açılıb.
Tədbirin təşkilatçılarına və iştirakçılara dərin ehtiramını ifadə edən Ə.Nemətzadə isǝ bunları deyib: Türk dünyası sevdalısı olmaq böyük xoşbǝxtlikdir. Çünki bu sevdanı ürǝyindǝ daşıyan insan xoşbǝxtdir. Türk dünyasının müxtǝlif yerlǝrindǝ Türk mǝdǝniyyǝt vǝ sǝnǝtini, ǝdǝbiyyatını, musiqisini, adǝt-ǝnǝnǝlǝrimizi, onu ürǝyimdǝ daşıdığım üçün o ölkǝlǝrǝ paylayıram. Bundan da böyük zövq alıram. Eşqlǝrin ǝn böyük eşqi o.
Mərasimdə türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri tərəfindən geniş konsert proqramı təşkil olunub, dahi bəstəkar Üzeyir Hacıbəyli və görkəmli qazax bəstəkar Mukan Tölebayevin əsərlərindən nümunələr yer tapıb. Tədbir zamanı türk dünyası qarşısında səmərəli fəaliyyətinə görə Əflatun Nemətzadəyə TÜRKSOY-un yubiley medalı təqdim olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr