Hər kəsin tək bir ortaq nöqtəsi var: tolerantlıq

Antakya Mədəniyyətlər xoru Yılmaz Özfıratın rəhbərliyi ilə keçirilib.

182926
Hər kəsin tək bir ortaq nöqtəsi var: tolerantlıq

Hatay günləri çərçivəsində Ankarada İmam, Keşiş, vəkil, tibb bacısı, müəllim, şagirdlər - Antakya Mədəniyyətlər xoru, ilahilər, nəğmələr söyləyiblər. Fərqli din, mədəniyyət və məzhəblərə mənsub insanlardan ibarət olan Antakya Mədəniyyətlər xoru Yılmaz Özfıratın rəhbərliyi ilə dinləyəciləri heyran edib. Paytaxtda, Hatay təqdimat günləri tədbirləri çərçivəsində təşkil edilən konsertdə, qardaşlıq və tolerantlıq hökm sürüb. Hatay Qubernatorluğu və Hatay Böyükşəhər Bələdiyyəsinin liderliyi ilə təşkil edilən konsert maraqla qarşılanıb. Konserti izləməyə gələn tamaşaçılar duyğu dolu anlar yaşayıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr