Bartında İsmail Qaspıralı adından tәdbir keçirilib

Bartında "İsmayıl Qaspıralı bəy qəzetçilik və insan haqqları” mükafatlarının təqdimetmə mərasimi təşkil olunub.

179375
Bartında İsmail Qaspıralı adından tәdbir keçirilib

Bartında "İsmayıl Qaspıralı bəy qəzetçilik və insan haqqları” mükafatlarının təqdimetmə mərasimi təşkil olunub.
2014-cü ilin UNESCO tərəfindən İsmayıl Qaspıralı ili ilan edilməsi münasibəti ilə Bartın Qəzetçilər Cəmiyyəti bu konteksdə 45 müxtəlif kateqoriyalar üzrə 50-dən artıq təşkilatlardan olan nümayəndələrə mükafatlar təqdim edib. Azadlıq mükafatı Uyğur alimi, qəzetçi professor doktor İlham Tohtiyə verilib. Lakin İlham Tohti Çində ömür boyu həbs cəzasına məhkum olunduğu üçün ABŞ-da təhsil alan qızı Cevher İlham telefonla teşekkür mesajı oxuyub. Cevher İlhamın teşekkür mesajı salonda hər kəsi kovrəldib
Mesajda deyilir:
“Türk dünyasının ilk böyük qəzetçisi Qaspıralı İsmayıl Bəy və Türk dünyası azadlıq mükafatanın həbsxanada olan atama verilməsi məni çox həyəcanlandırdı və eyni zamanda sevindirdi. Bunun üçün dərin təşəkkürümü bildirirəm. Atama bu mükafatın verilməsi onun nə qədər haqlı olduğunun ve doğru iş gördüyünün göstiricisidir. Beynəlxalq cəmiyyətdə ədalət və ədalətsizlik konsepsiyalarının vacibliyini qoruduğu açıq bir sübutdur. Ümid edirəm ki, Çin Hökümətinin atamı ömür boyu həbsə məhkum etməsi bir daha gözdən keçiriləcək. Atamın bir gün azad olunacağına inanıram və ona tez bir zamanda qovuşmağı və onu bağrıma bacmağı səbirsizliklə gözləyirəm” Xatırladaq ki, Çində insan hüquqları müdafiəçisi Uyğur qəzetçi İlham Tohti 2014-cü il sentyabrın 23-də ekstrimizm gunahlandırması ilə ömürlük həbs cəzasina məhkum edilib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr