Suriyalılar unudulmadı

Ankarada ümumilikdǝ Suriyalı qaçqınların qatıldığı iftar süfrəsi təşkil edilib.

126188
Suriyalılar unudulmadı

Suriyada 2011-ci il fevral ayında başlayan zülm milyonlarla insanı evindən edib.

Din İşləri üzrə İdarə çətin günlər keçirən suriyalıları unutmayıb.

Ankarada ümumilikdǝ Suriyalı qaçqınların qatıldığı iftar süfrəsi təşkil edilib.
Bununla da Din İşləri üzrə İdarə Türkiyədə qonaq olan yüz minlərlə Suriyalının kimsəsiz olmadığını göstərir.

İdarə cari il Ramazının temasını "Heç kəs, kimsəsiz qalmasın-Bu Ramazan və Hər Zaman" olaraq müəyyənləşdirib.

Bu çərçivədə Ankara Siltələr Səymənlər Xalq Meydanında ümumilikdə 4 min müsəlmanın iştirak etdiyi iftar süfrəsinə Suriyalılarla bərabər Əfqanıstandan və Somalidən olan insanlar da qatılıb.

Din İşləri üzrə İdarənin sədr müavini Prof. Dr. Həsən Kamil Yılmaz, vətənlərindən ayrı düşən suriyalılara sahib çıxılmasını istəyib.
İftar proqramında dualar oxunub. Suriyalılar göstərilən qonaqpərvərlikdən olduqca məmnun qalıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr