Molla Nəsrəddini Anma şәnliyi

Beynəlxalq Akşehir Molla Nəsrəddini Anma və Yumor günləri başlayıb.

119526
Molla Nəsrəddini Anma şәnliyi

Dünəndən etibarən 55-ci Beynəlxalq Akşehir Molla Nəsrəddini Anma və Yumor günləri başlayıb. Konyanın Akşehir mahalında keçirilən tədbirlər çərçivəsində gölə maya çalma mərasimi də təşkil edilib. Rəsmi açılış mərasimində Milli təhsil nazirinin müavini Orhan Erdem, Konya valisi Muammer Erol, Ədalət və İnkişaf Partiyasının Konyadan olan millət vəkilləri Mustafa Baloğlu və Aişə Türkmenoğlu, Konya Böyükşəhər Bələdiyyəsinin sədri Tahir Akyürek və Molla Nəsrəddin obrazını canlandıran Engin Noyan iştirak ediblər. Proqram çərçivəsində karikatura və sənət seminarları, uşaq teatrları, canlı heykəl performansları da nümayiş etdirilib. Proqram iyulun 10-da axşam sona çatacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr