"Festi Ramazan"

Avropada təşkil edilən ən böyük Ramazan şənliyi "Festi Ramazan" Almaniyada böyük marağa səbəb olub.

119853
"Festi Ramazan"

Avropada təşkil edilən ən böyük Ramazan şənliyi "Festi Ramazan" Almaniyada böyük marağa səbəb olub.
Bu il 3-cüsünün təşkil edildiyi festivalda iftarın əvvəlindən sahura qədər fəaliyyətlər təşkil edilir. Türkiyədəkindən heç də fərqlənməyən festivalda bir-birindən rəngli tədbirlər təşkil edilir ki, bu da qürbətdə yaşayanlara Ramazan sevinci yaşadır. Eyni anda 10 min adamın iftar edə bildiyi festival sahəsində Anadolunun bənzərsiz təamları təqdim edilir. Tək əksiklik isə minarələrdən əzan səsinin oxunmamasıdır. Festivalda Ramazan ayı boyunca konsertlər, seminarlar və bir-birindən rəngli tədbirlər keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr