Şakiradan futbolçulara konsert

Futbol üzrә dünya çempionatının bağlanış mәrasimindә Şakira sәhnәyә çıxacaq.

116500
Şakiradan futbolçulara konsert

Açılış mərasimində Cennifer Lopez, Pitbull və Claudia Leittenin "We are one" mahnısını ifa etdikləri Futbol Üzrə Dünya Çempionatının bağlanış mərasimində isə, Kolumbiyalı müğənni Şakira səhnəyə çıxacaq. FİFA-nın internet saytında bildirilir ki, Kolumbiyalı pop müğənnisi Şakira və Braziliyalı musiqiçi Carlinhos Brown, final oyunun əvvəlində səhnəyə çıxaraq "La la la" adlı mahnını səsləndirəcəklər. "Dünya Kubokunun bir çox insan üçün nə ifadə etdiyini anlaya bilirəm. Dünya Kubokunun bağlanış mərasimində iştirak etmə fürsəti verildiyi üçün minnətdaram" deyə Kolumbiyalı pop ulduz bildirib. Şakiranın yanında bağlanış mərasimində iştirak edəcək adlar Santana, Wyclef və Alexandre Pires 2014 Dünya Kubokunun rəsmi marşı olan "Dar Um Jeito" nu ifa edəcək. Evsahibi ölkədən isə latın pop müğənnisi Ivete Sangalo da Braziliyaya xas mahnılarıyla mərasim rəng qatacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr