Bodrum qalasında unudulmaz gecә

“Klezmafour” Bodrumda konsert verib.

102379
Bodrum qalasında unudulmaz gecә

Türkiyə-Polşa diplomatik əlaqələrinin 600-cü ildönümü münasibəti ilə keçirilən tədbirlər çərçivəsində Polşanın “Klezmafour” musiqi qrupu Bodrumda konsert verib. Rok musiqisi ilə Balkan mahnılarını bir araya gətirən Klezmafour, Bodrum qalasında verdiyi konsertdə, repertuarlarında ən çox istifadə etdikləri ənənəvi rəqs melodiyaları ilə tamaşaçılara unudulmaz bir gecə yaşadıb. Səhnədə iki saata yaxın çıxış edərək rok və hip-hop janrlarında musiqilər təqdim edən “Klezmafour” qrupunun üzvləri, ifa etdikləri hər mahnıdan sonra alqışla qarşılanıblar. Qrup konsertdə Balkan və Yəhudi musiqiləri ilə bərabər öz bəstələrini də səsləndirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr