Dünyanın ən qədim şalvarı

Çinin qərb hissələrində arxeoloji qazıntılar zamanı dünyanın ən qədim şalvarı tapılıb.

86074
Dünyanın ən qədim şalvarı

Çinin qərb hissələrində arxeoloji qazıntılar zamanı dünyanın ən qədim şalvarı tapılıb.
O zamanlara aid, 40 yaşlarında döyüşçü olduğu güman edilən iki atlı köçərinin ikisinin də şalvar geyindiyi aşkarlanıb.
Aparılan test nəticəsində məlum olub ki, şalvarlar 3 min il bundan əvvələ aiddir, qəhvəyi rəngdə olub, üç parçadan hazırlanıb.
Parçası yırtıq olan şalvarın bel hissəsində kəmərə bənzər qayışların olduğu görünür.
Mütəxəssislər şalvarların istehsal olunduğu dövrə nəzərə salaraq bunun bir usta işi olduğunu bildirilər. Alman arxeoloji İnstitutu yun parçadan tikilən şalvarların, at üzərində keçən uzun yollarda insan bədəninin sürtülməsindən qorumaq və daha rahat hərəkət edə bilməsi üçün hazırlandığını güman edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr