Berlindә müdafiә sәnayesi sәrgisi

Almaniyanın paytaxtı Berlindә müdafiә sәnayesi sәrgisi açılıb.

70015
Berlindә müdafiә sәnayesi sәrgisi

Almaniyanın paytaxtı Berlindә müdafiә sәnayesi sәrgisi açılıb.
Dünyanın әn böyük sәrgilәrindən olan Berlin Beynәlxalq Aviasiya vә Kosmos sәrgisinin bu ilki rәsmi tərəfdaş ölkәsi Türkiyәdir.
Almaniya kansleri Angela Merkel və Türkiyәnin Nәqliyyat, Dәnizçilik vә Telekommunikasiya naziri Lütfi Әlvanın iştirakı ilə bu gün sәrginin rәsmi açılışı olacaq.
Lütfi Әlvan Türkiyәnin son illәrdә müdafiә sәnayesi sahәsindә atdığı addımlara diqqәt çәkәrәk Türkiyənin ixracatının 1,1 milyard avronu keçdiyini söyləyib. Onun səzlərinə görə, Almaniya xüsusilә Türkiyәdәki firmalarla sıx әmәkdaşlıq etmәk istәyir.
Qeyd edәk ki, hәrbi, mülki aviasiya vә kosmos fәaliyyәtlәrini әhatә edәn sәrgiyә hәr il azı 40 ölkәdәn 1200 firma, 230 min iştirakçı vә 3600 media mәnsubu qatılır.
Sәrgidә Türkiyәni, TAİ, Havelsan, Roketsan, TÜBİTAK Kosmos vә Türk Hava Yolları başda olmaqla digәr bir sıra firmalar tәmsil edir.
Sәrgidә Türk Silahlı Qüvvәlәrinin 2 әdәd F-16 Solo Türk, 1 әdәd C-160, 2 әdәd F-4 vә 1 әdәd AEW qırıcı tәyyarәsi dә nümayiş etdirilәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr