Van şəhərində "Shopping Fest" festivalı başlayıb

Van şəhərinin tarixi və mədəni sərvətlərini tanıtmaq, marka dəyərinə töhfə vermək və bazarı canlandırmaq üçün 15 mart - 5 aprel tarixləri arasında "Shopping Fest" keçirilir.

2117418
Van şəhərində "Shopping Fest" festivalı başlayıb
iranli turistler van shoping fest.jpg
iranlilar van shopping fest.jpg

Türkiyenin Van şəhərində "Shopping Fest" (Alış-veriş) festivalı başlayıb.

Van şəhərinin tarixi və mədəni sərvətlərini tanıtmaq, marka dəyərinə töhfə vermək və bazarı canlandırmaq üçün 15 mart - 5 aprel tarixləri arasında "Shopping Fest" keçirilir.

İranlı turistlər də festivalın sevincini yaşamaq və 14 günlük Novruz bayramını qeyd etmək üçün şəhərə gəlirlər.

20 gün davam edəcək festival çərçivəsində turizm, yemək və içmək, nəqliyyat və qalmaq kimi bir çox sektorda fəallıq hakimdir.

Artıq 7-ci dəfə keçirilən festivala bu il 70-80 min turistin gəlməsi hədəflənib.

Alış-veriş günləri çərçivəsində konsertlər, şoular və rəsm sərgiləri kimi bir çox tədbirlərin keçirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr