“Türkiyə bu donanması ilə ilk 10 ölkə arasındadır”, A.Bayraktar

İstanbulda iştirak etdiyi yığıncaqdakı çıxışında enerjisinin təxminən 70 faizini idxal edən Türkiyənin indi öz gəmiləri və mühəndisləri ilə neft və təbii qaz axtarışında olduğunu söyləyən nazir deyib ...

2116459
“Türkiyə bu donanması ilə ilk 10 ölkə arasındadır”, A.Bayraktar

 

  Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin dünyanın ən qabaqcıl dərin dəniz qazma və seysmik gəmilərdən ibarət donanması ilə ilk 10 ölkə arasında olduğunu bildirib.

  İstanbulda iştirak etdiyi yığıncaqdakı çıxışında enerjisinin təxminən 70 faizini idxal edən Türkiyənin indi öz gəmiləri və mühəndisləri ilə neft və təbii qaz axtarışında olduğunu söyləyən nazir deyib: "Fatih”, “Yavuz”, “Kanuni” və “Abdülhamit Han” gəmilərini donanmamıza qatdıq. Bu gün Türkiyə dünyanın ən qabaqcıl dərin dəniz qazma və seysmik gəmilərdən ibarət donanmasına malik ölkədir. Deyə bilərəm ki, dünyada ilk 10 ölkə arasındadır. Bu il inşallah 2024-cü ili kəşfiyyat ili elan edəcəyik. Gələn yeni qazmalarla Türkiyənin enerji və təbii qazdan xaricə asılılığını azaldacağıq".

  Türkiyənin bərpa olunan enerji sahəsindəki potensialına da toxunan A.Bayraktar deyib: “Günəşdən, küləkdən və yenilənə bilən qaynaqlardan, nüvə enerjisindən istifadə edən, öz neftini və təbii qazını istehsal edən bir Türkiyə olaraq enerjidən xarici asılılıq problemini hamımız birlikdə aradan qaldıracağıq."



Әlaqәli Xәbәrlәr