2023-cü ildə Türkiyənin qəhvə ixracı

Türkiyə Statistika İdarəsinin məlumatlarına görə ...

2113722
2023-cü ildə Türkiyənin qəhvə ixracı

 

  2023-cü ildə Türkiyə 146 ölkəyə 8652 ton qəhvə ixrac edib və 57 milyon 491 min 128 dollar gəlir əldə edib.

  Türkiyə Statistika İdarəsinin məlumatlarına görə, ötən il bütün dünyaya 8652 ton qəhvə satılıb. Sözügedən ixracdan əldə edilən gəlir 57 milyon 491 min 128 dollar olub.

  Türkiyədən ixrac edilən qəhvəyə ən çox tələbat Suriyadan gəlib. Keçən il bu ölkəyə 10 milyon 470 min 784 dollar dəyərində qəhvə göndərilib. Suriyadan sonra 8 milyon 532 min 753 dollarla Belarus, 6 milyon 576 min 522 dollarla Rusiya gəlir.

  ABŞ, Hollandiya, Şimali Kipr Türk Respublikası, Səudiyyə Ərəbistanı və Böyük Britaniya qəhvə ixracının sıx olduğu digər ölkələr olub.



Әlaqәli Xәbәrlәr