“İkitərəfli görüşlərimdə Türkiye iqtisadiyyatı ilə bağlı inkişafları qiymətləndirdik", M.Şimşek

Xəzinə və maliyyə naziri Mehmet Şimşək qatıldığı G20 Nazirləri və Mərkəz Bankı Rəhbərləri toplantısı ilə əlaqədar "X" sosial media hesabında paylaşım edib.

2109589
“İkitərəfli görüşlərimdə Türkiye iqtisadiyyatı ilə bağlı inkişafları qiymətləndirdik", M.Şimşek

“İkitərəfli görüşlərimdə Türkiye iqtisadiyyatı ilə bağlı inkişafları qiymətləndirərkən çoxtərəfli inkişaf bankları və ölkələrlə əlaqələrimizi və əməkdaşlığımızı gücləndirəcək məsələlər ətrafında fikir mübadiləsi apardıq”. 

Bunu xəzinə və maliyyə naziri Mehmet Şimşək qatıldığı G20 Nazirləri və Mərkəz Bankı Rəhbərləri toplantısı ilə əlaqədar "X" sosial media hesabında etdiyi paylaşımda deyib.

İlin ilk G20 Nazirlər və Mərkəz Bankı Rəhbərləri toplantısına qatıldıqlarını ifadə edən M.Şimşək bunları deyib:

“Qlobal iqtisadi mənzərə ilə yanaşı, gündəmdə olan bərabərsizliyin azaldılması, beynəlxalq vergitutma və davamlı inkişafın maliyyələşdirilməsi məsələlərini də qiymətləndirdik.

Bundan əlavə, ikitərəfli görüşlərim zamanı Türkiye iqtisadiyyatı ilə bağlı inkişafları qiymətləndirərkən çoxtərəfli inkişaf bankları və ölkələrlə əlaqələrimizi və əməkdaşlığımızı gücləndirəcək məsələlər ətrafında fikir mübadiləsi apardıq".



Әlaqәli Xәbәrlәr