Türkiye un ixracında rekord qırıb
Türkiye 2023-cü ildə 3 milyon 663 min ton un ixrac edərək dünya un ixracı rekordunu qırıb.
Türkiye 2023-cü ildə 3 milyon 663 min ton un ixrac edərək dünya un ixracı rekordunu qırıb.
Beynəlxalq Un Sənayeçiləri və Taxılçılar Birliyinin (IAOM) verdiyi açıqlamaya görə, 2015-ci ildən bu yana dünyanın ən böyük un ixracatçısı olan Türkiye 2018-ci ildə 3,5 milyon ton ixracatla zirvəyə çatıb.
Sektor 2023-cü ildə 3 milyon 663 min ton un ixrac edərək dünya un ixracı rekordunu qırıb.
Açıqlamada fikirlərinə yer verilən IAOM Avrasiya üzrə sədri Eren Günhan Ulusoy 2023-cü ildə rekord qırdıqlarını və təxminən 1,5 milyard dollar gəlir əldə etdiklərini bildirib.
Yanvar ayında 344 min ton ixracla keçən ilin yanvar ayı ilə müqayisədə ixracatın 22 faiz artdığını ifadə edən Ulusoy 2023-cü ildə 22 milyon ton olan buğda istehsalının bu il 24-25 milyon ton olmasını gözlədiklərini söyləyib.
Әlaqәli Xәbәrlәr
Türkiyənin turizm gəliri 2024-cü ilin ilk rübündə
Türkiyə Statistika Təşkilatı 2024-cü ilin birinci rübü üzrə turizm statistikasını açıqlayıb
Nigeriya ABŞ-dan pullarını qaytarmasını tələb edir
Nigeriyanın xarici işlər naziri Yusuf Maitama Tuqqar sözügedən mövzu ilə bağlı deyib ...