Türkiye ilə Azərbaycan arasında xarici ticarət həcmi artıb

Türkiye ilə Azərbaycan arasında xarici ticarət həcmi əvvəlki ilə nisbətən 31 faiz artaraq 2023-cü ildə 7,65 milyard dollara çatıb.

2092113
Türkiye ilə Azərbaycan arasında xarici ticarət həcmi artıb

Türkiye ilə Azərbaycan arasında xarici ticarət həcmi əvvəlki ilə nisbətən 31 faiz artaraq 2023-cü ildə 7,65 milyard dollara çatıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin paylaşdığı illik məlumatlara görə, Türkiye İtaliyadan sonra Azərbaycanla ən çox ticarət aparan ikinci ölkə olub. Azərbaycan İtaliya ilə 15,68 milyard dollar, Türkiye ilə isə 7,65 milyard dollarlıq ticarət həcminə çatıb.

Azərbaycanla ən çox ticarət aparan üçüncü ölkə 4,35 milyard dollarla Rusiya olub.

2022-ci ildə Türkiye ilə Azərbaycan arasında ticarət dövriyyəsi 5,84 milyard dollara çatıb. 2023-cü ildə əldə edilən 7,65 milyard dollar rəqəmi ilə iki ölkə arasında ticarət həcmi 2022-ci ilə müqayisədə 31 faiz artıb.

Komitənin məlumatına görə, 2023-cü ildə Azərbaycan 193 ölkə ilə 51,18 milyard dollarlıq ikitərəfli ticarət həcminə çatıb.



Әlaqәli Xәbәrlәr