Erciyes xizək mərkəzi “The Independent” qəzetində yer alıb

Türkiyenin ən əhəmiyyətli xizək kurortlarından biri olan Erciyes xizək mərkəzi İngiltərədə dərc olunan “The Independent” qəzetində yer alıb.

2092303
Erciyes xizək mərkəzi “The Independent” qəzetində yer alıb

Türkiyenin ən əhəmiyyətli xizək kurortlarından biri olan Erciyes xizək mərkəzi İngiltərədə dərc olunan “The Independent” qəzetində yer alıb.

Kayseri vilayəti Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, Kayserinin simvolu və Türkiyenin incisi olaraq xarakterizə edilən qış turizm mərkəzi olan Erciyes xizək kurortu bütün dünyanın diqqət mərkəzindədir.

Kayseri Böyükşəhər Bələdiyyəsinin Erciyes Master Planı ilə Türkiyenin əhəmiyyətli xizək kurortlarından birinə çevrilən Erciyes dağ-xizək kurortu dünyanın hər yerindən qonaqlarını qəbul edir.

Kayseriyə gələn və Erciyesdə istirahət edən ingilis jurnalistlərindən Tristan Kennedi tətilinin sonunda Erciyes xizək mərkəzini sərfəli xizək məkanı elan edib.

İngiltərənin "The Independent" qəzetindəki məqaləsində Erciyes xizək mərkəzindən ətraflı bəhs edən Kennedi Erciyesin dünyanın digər xizək mərkəzləri ilə müqayisədə keyfiyyətli və sərfəli xizək turizmi fürsəti təqdim etdiyini də ifadə edib.

Erciyesdə yerləşmə imkanları, yemək və içki qiymətləri, az izdiham və sıxlıq, qış aylarında təzə, yumşaq qar haqqında məlumat verən Kennedi kanat yol qiymətlərinin inanılmaz dərəcədə münasib olmasından məmnun olduğunu da yazıb.

Kennedi məqaləsində “Zirvəsinin altındakı təpəsi miz, yarı açıq krateri olan 3,917 metr hündürlüyündə sönmüş vulkan inanılmaz təbii ərazini Avstriya Alp dağları ilə müqayisə edilə bilən ən müasir infrastrukturla birləşdirir” ifadələrindən istifadə edib.



Әlaqәli Xәbәrlәr