“Hyundai” Rusiyadakı istehsal obyektini satır
“Hyundai”nin məlumatında 2022-ci ilin mart ayından Rusiyada fəaliyyətlərin dayandırıldığı xatırladılıb və ...
Cənubi Koreyanın avtomobil şirkəti “Hyundai” Rusiyadakı istehsal obyektini satmaq qərarına gəlib.
“Hyundai”nin məlumatında 2022-ci ilin mart ayından Rusiyada fəaliyyətlərin dayandırıldığı xatırladılıb və ölkədəki istehsal obyektinin satışına qərar verildiyi açıqlanıb.
Şirkət Rusiyadakı “Hyundai Motor Production”da (HMMR LLC) bütün paylarını “Art-Finance”a satmaq planını təsdiqləyib və “Hyundai” ilə “Art-Finance” arasında müqavilənin yekun ayrıntıları üzərində çalışıldığı qeyd edilib.
Qeyd edək ki, “Reuters” daha əvvəl elan etmişdi ki, “Hyundai” Rusiyadakı istehsal obyektini ləğv etməklə itkilərini təxminən 219,2 milyon dollar azaldacaq.
Әlaqәli Xәbәrlәr
Nigeriya ABŞ-dan pullarını qaytarmasını tələb edir
Nigeriyanın xarici işlər naziri Yusuf Maitama Tuqqar sözügedən mövzu ilə bağlı deyib ...