Ömər Bolat: "Cümhuriyyət tarixinin ən yüksək sentyabr ixracına nail olduq"

Ticarət naziri Ömər Bolat Cümhuriyyət tarixinin ən yüksək sentyabr ixracına nail olunduğunu bildirdi.

2046193
Ömər Bolat: "Cümhuriyyət tarixinin ən yüksək sentyabr ixracına nail olduq"

Ticarət naziri Ömər Bolat Cümhuriyyət tarixinin ən yüksək sentyabr ixracına nail olunduğunu bildirdi.

Nazir Bolat Türkiye İxracatçılar Məclisinin (TİM) Uludağ İxracatçı Birliklərində keçirdiyi toplantıda sentyabr ayı xarici ticarət rəqəmlərini açıqlayıb.

Bolat ixracın sentyabr ayında illik 0,3 faiz artaraq 22 milyard 670 milyon dollara çatdığını ifadə edib:

"Cümhuriyyət tariximizdə ən yüksək sentyabr ixracına nail olduq. Sizi təbrik edirik. İyulda (20,3 milyard dollar) ixracat rəqəmimiz yenidən Cümhuriyyətimizin tarixində ən yüksək göstərici oldu. Avqustda (21,6 milyard dollar) oldu. Bu da yenə Cümhuriyyətimizin tarixində ən yüksək rəqəmdir”. 

İxracın 3 aydır davamlı artım tendensiyası nümayiş etdirdiyini deyən nazir Bolat bunun əhəmiyyətli bir uğur olduğunu dilə gətirib və deyib ki, dünya konyukturasına və Türkiyedə baş verən bəzi təbii fəlakətlərin mənfi təsirlərinə baxmayaraq, bundan çox məmnunuq.



Әlaqәli Xәbәrlәr