Dünya Bankı Yəməndə koordinasiya ofisini yenidən açıb

Dünya Bankı 2015-ci ildən fəaliyyətini dayandırdığı Yəməndə koordinasiya ofisini yenidən açıb.

2028139
Dünya Bankı Yəməndə koordinasiya ofisini yenidən açıb

Dünya Bankı 2015-ci ildən fəaliyyətini dayandırdığı Yəməndə koordinasiya ofisini yenidən açıb.

Yəmənin SABA xəbər agentliyinin məlumatına görə, koordinasiya ofisi müvəqqəti paytaxt Ədəndə açılıb.

Yəmənin planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Vaid Bazib Dünya Bankının bu sahədəki nümayəndəsi və yerli koordinatoru Semra Şeybani ilə görüşüb. 

“Ədəndə koordinasiya ofisinin yenidən açılması 2015-ci ildən bəri ilk real addımdır”, deyə nazir Bazib vurğulayıb.

Bazib Ədəndə bir ofisin açılması və işə başlaması ilə yenidənqurma və iqtisadi bərpa səyləri çərçivəsində hökumətə birbaşa dəstək təklif ediləcəyini bildirib. 

Koordinator Şeybani isə bildirib ki, Dünya Bankı Yəmən xalqı və qurumlarına dəstəyini davam etdirəcək.

Xatırladaq ki, 2014-cü ildə İranın dəstəklədiyi Husi milisləri paytaxt Sənanı və bir çox şəhərləri ələ keçirdikdən sonra Dünya Bankı siyasi və təhlükəsizlik vəziyyəti əsas gətirərək 2015-ci ilin martında ölkədəki koordinasiya ofisinin fəaliyyətini dayandırıb.


Etiketlәr: #Yəmən , #Dünya Bankı

Әlaqәli Xәbәrlәr