Türkiyenin mebel, kağız və meşə məhsulları ixracı artıb

Yanvar-iyul aylarında Türkiyenin mebel, kağız və meşə məhsulları ixracı 4,5 milyard dolları keçib.

2027100
Türkiyenin mebel, kağız və meşə məhsulları ixracı artıb

Yanvar-iyul aylarında Türkiyenin mebel, kağız və meşə məhsulları ixracı 4,5 milyard dolları keçib.

İstanbul Mebel, Kağız və Meşə Məmulatları İxracatçıları Birliyindən verilən açıqlamaya görə, Türkiyenin iyul ayında ixracatı keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 20 milyard dollara çatıb.

Cari il ixrac hədəfini 10 milyard dollar olaraq təyin edən mebel, kağız və meşə məhsulları sektoru iyul ayında 609 milyon dollarlıq xarici satış həyata keçirib.

Yanvar-iyul dövründə sektorun ixracı 4,58 milyard dollara yüksəlib.

Sektorun ən əhəmiyyətli məhsul qruplarından birini təşkil edən mebeldə iyul ayı ixracatı 343 milyon dollar təşkil edib.

7 aylıq cəmi mebel ixracatı 2,61 milyard dollar səviyyəsinə çatıb.

İraq 7 aylıq dövrdə 577,6 milyon dollarla ən çox mebel, kağız və meşə məhsulları ixrac edilən ölkələrdən biri olub. Onu 238,6 milyon dollarla İsrail, 229 milyon dollarla Böyük Britaniya, 196,3 milyon dollarla Almaniya, 171,2 milyon dollarla İran izləyib.

Sözügedən dövrdə Rusiyaya mebel ixracı 55,3 faiz artaraq 131,5 milyon dollar olub.



Әlaqәli Xәbәrlәr