Türkiye 170 ölkəyə 230 müdafiə sənayesi məhsulları ixrac edib

Türkiye müdafiə sənayesi 3 minə yaxın şirkəti və 80 mindən çox işçisi ilə ölkə iqtisadiyyatına ən yüksək töhfə verən sektorlardan biridir.

2024915
Türkiye 170 ölkəyə 230 müdafiə sənayesi məhsulları ixrac edib

Türkiye 170 ölkəyə 230 müdafiə sənayesi məhsulları ixrac edib.

Bu barədə Türkiyenin Müdafiə Sənayesi rəhbəri Haluk Görgün açıqlama verib.

H.Görgün deyib: "Hazırda Türkiye müdafiə sənayesi 3 minə yaxın şirkəti və 80 mindən çox işçisi ilə ölkə iqtisadiyyatına ən yüksək töhfə verən sektorlardan biridir. Müdafiə sənayesi çərçivəsində inkişaf etdirdiyimiz yerli və milli məhsullarımız təhlükəsizlik qüvvələrimizin bütün daxili və xarici əməliyyatlarında uğurla istifadə olunur. Əsasən, PUA və dronlar, quru nəqliyyat vasitələri və dəniz platformaları başda olmaqla ixrac edilən məhsulların sayı təxminən 230-a çatıb.

Görgün onu da deyib ki, müdafiə sənayesi layihələrinin həcmi 90 milyard dollara çatıb.

Qeyd edək ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiye 5,2 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.



Әlaqәli Xәbәrlәr