Türkiyenin Birləşmiş Ərəb Əmirliklərinə ixracı artıb

Türkiyenin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixracı cari ilin 7 ayında 2,5 milyard dollara çatıb.

2021707
Türkiyenin Birləşmiş Ərəb Əmirliklərinə ixracı artıb

Türkiyenin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixracı cari ilin 7 ayında 2,5 milyard dollara çatıb.

Türkiye ilə BƏƏ arasında ikitərəfli əlaqələr son 2 ildə yeni ticarət və iqtisadi əməkdaşlıqlarla sürət qazanmağa davam edir.

Türkiyenin BƏƏ-yə ixracı cari ilin 7 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 30,9 faiz artaraq 2 milyard 460 milyon dollara çatıb.

BƏƏ-yə ən çox ixracı zərgərlik sektoru reallaşdırıb. Zərgərlik sənayesi ilin 7 ayında BƏƏ-yə 971 milyon 286 min dollar ixrac edib.

Beləliklə, BƏƏ Türkiyenin ən çox ixrac etdiyi 13-cü ölkə olaraq qeydə alınıb.

Bu dövrdə Türkiye ən çox ixracı 10 milyard 932 milyon dollarla Almaniyaya, 6 milyard 995 milyon dollarla ABŞ-a, 6 milyard 607 milyon dollarla İtaliyaya, 6 milyard 471 milyon dollarla Böyük Britaniyaya, 5 milyard dollarla Fransaya reallaşdırıb.



Әlaqәli Xәbәrlәr