İstanbul Hava Limanı Avropa yükdaşımaları üzrə birinci oldu
İstanbul Hava Limanı ilin ilk yarısında Avropanın ən yaxşı yük daşımalarına sahib ilk 10 hava limanı arasında birinci olub.
2018686
İstanbul Hava Limanı Avropa yükdaşımaları üzrə birinci olub.
Bununla bağlı Türkiyenin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu öz rəsmi tvitter hesabında paylaşım edib.
"İstanbul Hava Limanı ilin ilk yarısında Avropanın ən yaxşı yük daşımalarına sahib ilk 10 hava limanı arasında birinci olub",- deyə nazir bildirib.
Bundan əlavə Uraloğlunun paylaşımında İstanbul Hava Limanından sonra ilk dörd yeri bölüşən hava limanlarının adları da yer alıb.
Buna görə, ilk 5 hava limanı aşağıdakılardır:
1- İstanbul Hava Limanı
2- Milan-MXP
3- Leypsiq-Halle
4- Madrid
5- Köln-Bonn
Әlaqәli Xәbәrlәr
“Bu layihə Türkiyə və bütün bölgə üçün yeni nəfəs olacaq”, C.Yılmaz
“TRT Haber”ə açıqlamasında Türkiyənin vitse-prezidenti sözügedən mövzu ilə bağlı deyib ...