Türkiyedə istehsal edilən Kanadanın elektrik enerjisi ilə işləyən ilk yedək gəmisi təhvil verildi

Türkiyenin gəmiqayırma şirkəti tərəfindən Türkiyedə istehsal edilən Kanadanın ilk sıfır emissiyalı və tam elektrik enerjisi ilə işləyən yedək gəmisi Vankuver şəhərində təhvil verilib.

2011329

Firmanın İstanbuldakı gəmiqayırma zavodunda istehsal edilən "Haisea Wamis" adlı yedək gəmi Britaniya Kolumbiyasının Kitimat şəhərindəki "LNG Canada" mayeləşdirilmiş təbii qaz ixrac terminalında xidmət göstərəcək.

Şirkətin İdarə Heyətinin sədri Əli Gürün bildirib ki, cari il ikisi elektrik, ikisi hibrid dizel mühərrikli daha dörd yedək gəmisi təhvil verəcəklər.

Gürün Kanada miqyasında geniş yedək gəmisi və dənizçilik xidmətləri göstərən "KOTUG Canada" ilə də dünyanın ilk iki metanol yanacaqlı müşayiət yedək gəmisi üçün müqavilə imzaladıqlarını bildirib.

Gürün yedək gəmilərin "Trans Mountain" neft boru kəmərinin tutumunun artırılması layihəsi tamamlandıqdan sonra xam neft ixrac limanına yanaşacaq tankerlərə xidmət göstərəcəyini bildirib.

Әlaqәli Xәbәrlәr