“Airbus”un ilin birinci yarısında aldığı təyyarə sifarişi sayı

“Airbus” ilin birinci yarısında 1044 təyyarə sifarişi alıb.

2008654
“Airbus”un ilin birinci yarısında aldığı təyyarə sifarişi sayı

“Airbus” ilin birinci yarısında 1044 sifariş alıb.

“Airbus” bu il müştərilərə 720 təyyarə çatdırmağı planlaşdırır. Ən çox sifariş edən Hindistanın “IndiGo” və “Air India” aviadaşıyıcılarıdır - müvafiq olaraq 500 və 250 təyyarə. Bu sifarişlər ötən ay Paris Aviasiya Sərgisində verilib.

Xatırladaq ki, 2022-ci ildə “Airbus”a ilin birinci yarısında cəmi 259 sifariş verilmişdi və həmin altı ayda istehsalçı müştərilərə 297 təyyarə çatdırmışdı.

“Airbus”un hazırda ən populyar modeli “A321neo”dur. Bundan əvvəl isə “A320ceo” ən çox tələbat olan təyyarə idi.


Etiketlәr: #təyyarə , #Airbus

Әlaqәli Xәbәrlәr