Çin bəzi metallarının ixracını məhdudlaşdırdı

Çin Ticarət Nazirliyinin məlumatına görə...

2006901
Çin bəzi metallarının ixracını məhdudlaşdırdı

 

  Çin milli təhlükəsizlik və maraqların müdafiəsi ilə əlaqədar çip və elektronika istehsalı üçün istifadə edilən qalium və germanium metallarının ixracını məhdudlaşdırıb.

  Çin Ticarət Nazirliyinin məlumatına görə, “Milli təhlükəsizlik və maraqları qorumaq üçün qallium və germanium və onlarla əlaqəli materiallara ixrac məhdudiyyətinin qoyulması qərara alınıb. Qalium və germaniumun ixracından əvvəl müvafiq orqanlardan icazə tələb olunur. Məhdudiyyət avqustun 1-dən qüvvəyə minəcək”.

  Qeyd edək ki, Çin dünyada qallium istehsalının 95 və qermanium isə 67 faizini təmin edir.



Әlaqәli Xәbәrlәr