2023-cü ilin may ayında Türkiyənin ixracatı

Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyinin may ayı üçün birgə müvəqqəti xarici ticarət məlumatları açıqlanıb

2003713
2023-cü ilin may ayında Türkiyənin ixracatı

 

  Türkiyənin ixracatı 2023-cü ilin may ayında əvvəlki ilin eyni ayına görə 14,4 faiz artaraq 21 milyard 659 milyon dollara çatıb.

  Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyinin may ayı üçün birgə müvəqqəti xarici ticarət məlumatları açıqlanıb. Buna əsasən, ixracat may ayında bir əvvəlki ilin eyni ayına görə 14,4 faiz artaraq 21 milyard 659 milyon dollara çatıb. Yanvar-may ayları dövründə isə ixracat əvvəlki ilin eyni dövrünə görə 0,1 artaraq 102 milyard 476 milyon dollar olub.

  May ayında Almaniya 1 milyard 811 milyon dollarlıq ixracatla birinci yeri tutub. Sonra 1 milyard 306 milyon dollarla ABŞ, 1 milyard 56 milyon dollarla Böyük Britaniya, 1 milyard 11 milyon dollarla İraq, 1 milyard 4 milyon dollarla İtaliya gəlir. May ayında ilk 5 ölkəyə edilən ixracat ümumi ixracın 28,6 faizini  təşkil edib.

  Yanvar-may ayı dövründə də Almaniya ixracatda birinci olub. Bu ölkəyə 8 milyard 924 milyon dollarlıq məhsul ixrac edilib. Sonra 6 milyard 58 milyon dollarla ABŞ, 5 milyard 152 milyon dollarla İtaliya, 4 milyard 934 milyon dollarla Böyük Britaniya, 4 milyard 858 milyon dollarla Rusiya gəlir. Bu dövrdə ilk 5 ölkəyə edilən ixracat ümumi ixracın 29,2 faizinə bərabər olub.

 



Әlaqәli Xәbәrlәr