Çində dövlət işçilərinin maaşları rəqəmsal valyuta ilə ödəniləcək
Qeyd edək ki, onlayn ödəniş sistemlərinin geniş tətbiq olunduğu Çində artıq nağd puldan istifadə xeyli azalıb
Çinin şərqindəki Tsyansu (Jiangsu) əyalətinin Çanşu şəhərində dövlət işçilərinin maaşları may ayından etibarən rəsmi rəqəmsal valyuta “e-CNY” (rəqəmsal yuan) ilə ödəniləcək.
“Xinhua” xəbər agentliyinin məlumatına görə, pilot layihəyə yerli hökumət rəsmiləri və dövlət müəssisələrinin əməkdaşları cəlb olunub.
Əmək haqqı ödənişlərinin rəqəmsal valyutada həyata keçirilməsi qərarı e-yuanın istifadəsini təşviq etmək istiqamətində mühüm addım kimi qiymətləndirilir.
"e-CNY" adlanan rəsmi rəqəmsal valyuta 2020-ci ildə başlanan pilot layihə kimi Çintszin (Chinjin), Sukou (Sucou), Çindu (Chingdu) və Syaonqan (Xiaongan) bölgələrində istifadəyə verilib.
Çin Mərkəzi Bankı 2022-ci ildə tətbiqin əhatə dairəsini genişləndirib, rəqəmsal yuan üçün elektron pul kisəsi kimi istifadə edilə bilən “Apple”in iOS və “Google”un “Android” mağazalarında paylaşılıb.
Qeyd edək ki, onlayn ödəniş sistemlərinin geniş tətbiq olunduğu Çində artıq nağd puldan istifadə xeyli azalıb.
Әlaqәli Xәbәrlәr
“İslahatlarımızla Türkiyənin strukturunu gücləndirməyə davam edirik”, M.Şimşək
Türkiyə Radio Televiziya Qurumu – TRT-yə ABŞ səfərilə bağlı məlumat verən M.Şimşək deyib ...