Almaniyada nüvə enerjisi dövrü başa çatdı

Bavariyadakı “İsar-2”, Baden-Vürtemberqdəki “Neckarwestheim-2” və ölkənin şimal-qərbindəki Emsland operatorlarının verdikləri açıqlamaya görə...

1975495
Almaniyada nüvə enerjisi dövrü başa çatdı

 

  Avropanın ən böyük iqtisadiyyatına malik ölkəsi Almaniyada 60 ildən sonra nüvə enerjisi dövrü başa çatdı.

  Bavariyadakı “İsar-2”, Baden-Vürtemberqdəki “Neckarwestheim-2” və ölkənin şimal-qərbindəki Emsland operatorlarının verdikləri açıqlamaya görə, bu üç atom elektrik stansiyasının bütün reaktorları 15 aprel gecəsi saat 12:00-dan əvvəl bağlandı. Beləliklə, Almaniyada elektrik enerjisi istehsalında nüvədən çıxış prosesi tamamlandı.

  Sözügedən atom elektrik stansiyaları artıq elektrik şəbəkəsinə qoşulmasa da, 2022-ci ildə ölkənin enerji ehtiyacının təxminən 6 faizini ödəyib.

  Atom elektrik stansiyalarının istismar müddəti koalisiya tərəfdaşları arasında mübahisələrə səbəb olduqdan sonra Almaniya kansleri Olaf Şolz 17 oktyabr 2022-ci ildə nazirlərə ölkədə qalan üç atom elektrik stansiyasını aprelin ortalarına qədər işlək vəziyyətdə saxlamağı tapşırmışdı.

  Almaniyada nüvə boşluğunun bərpa olunan enerji ilə doldurulacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr