Rubl dollar və avronu ötdü

Rusiya Mərkəzi Bankının “2022-ci il maliyyə sektoruna baxış” hesabatında yazılır...

1973368
Rubl dollar və avronu ötdü

 

  Rusiyanın ixrac ödənişlərində rublun payı dolları və avronu xeyli ötüb.

  Rusiya Mərkəzi Bankının “2022-ci il maliyyə sektoruna baxış” hesabatında Rusiyanın 2022-ci ilin may ayından dost olmayan ölkələrə təbii qaz nəqli üçün ödənişləri rublla almağa başladığı xatırladılıb və sözügedən addım sayəsində rublun ixracatdakı payının əhəmiyyətli dərəcədə artdığı bildirilib.

  Rusiya milli valyutası rublun ixracatdakı payı dolların yerini tutaraq və avronu əhəmiyyətli dərəcədə üstələyərək 2022-ci ilin sonuna qədər 30 faizi keçib. İxracatda dollar və avronun payı ümumilikdə 50 faizdən aşağı düşüb. Bu vəziyyət Rusiyanın xarici ticarətinin ümumi strukturunu və Rusiya şirkətləri üçün ticarətdə davam edən müxtəlif riskləri əks etdirir.

  Şirkət və vətəndaşlar əmanətlərində dost ölkələrin valyutalarının, xüsusilə yuanın payını artırıb.

  Qeyd edək ki, Rusiyada dollar və avronun dəyəri azalsa da, yenə yuanla müqayisədə rəqabətə davamlı qalıb.



Әlaqәli Xәbәrlәr