2023-cü ildә Türkiyedәn ABŞ-a әn çox kimyәvi maddәlәr ixrac edilib

Türkiyenin Amerika Birləşmiş Ştatlarına ilin ilk rübündə həyata keçirdiyi ixracdan 2 milyard 965 milyon 84 min dollar gəlir əldə edilib.

1973179

Türkiye İxracatçılar Birliyinin verdiyi məlumata əsasən, Türkiyenin 2023-cü ilin yanvar-mart aylarında həyata keçirdiyi ixrac keçən ilin  eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 61 milyard 588 milyon dollar təşkil edib.
İlin ilk 3 ayında ABŞ-a həyata keçirilən ixracdan  2 milyard 965 milyon 84 min dollar  gəlir əldə edilib.
Sözügedən dövrdə Amerika Birləşmiş Ştatlarına ən çox kimyəvi maddələr və məhsullar ixrac edilib.
İlin ilk rübündə Amerika Birləşmiş Ştatlarına ixrac edilən kimyəvi maddələr və məhsullardan  278,5 milyon dollar gəlir əldə olunub.

Etiketlәr: #dollar , #ixrac , #ABŞ , #Türkiye

Әlaqәli Xәbәrlәr