2023-cü ilin birinci rübündə Türkiyə zərgərlik məhsulları ixracatı

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə...

1972009
2023-cü ilin birinci rübündə Türkiyə zərgərlik məhsulları ixracatı

 

  2023-cü ilin birinci rübündə Türkiyədə zərgərlik sənayesinin ixracı əvvəlki ilin eyni dövrünə görə 31,1 faiz artaraq 1 milyard 683 milyon dollar olub.

  Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, sektorun ixracatı mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 70,3 faiz artaraq 740,2 milyon dollara çatıb.

  2023-cü ilin ilk rübündə Türkiyədən zərgərlik məhsulları 371,6 milyon dollarlıq olmaqla ən çox Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixrac edilib. BƏƏ-dən sonra 280,6 milyon dollarla İsveçrə, 223,1 milyon dollarla ABŞ, 144,7 milyon dollarla Honq Konq və Qırğızıstan, Meksika, İsrail, Almaniya gəlir.



Әlaqәli Xәbәrlәr