İMF dünya iqtisadiyyatının 2023-cü il inkişaf prqonozunu açıqladı

K.Georgiyeva “İMF-nin bahar görüşləri öncəsi” toplantısından əvvəl Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda iştirak etdiyi tədbirdə çıxışında deyib...

1971224
İMF dünya iqtisadiyyatının 2023-cü il inkişaf prqonozunu açıqladı

 

  Beynəlxalq Valyuta Fondunun (İMF) direktoru Kristalina Georgiyeva dünya iqtisadiyyatının 2023-cü ildə 3 faizdən az böyüməsini gözlədiklərini açıqlayıb.

  K.Georgiyeva “İMF-nin bahar görüşləri öncəsi” toplantısından əvvəl Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda iştirak etdiyi tədbirdə çıxışında deyib: “2021-ci ildə qlobal iqtisadiyyatda güclü canlanmadan sonra Rusiyanın Ukraynada başladığı müharibə səbəbindən 2022-ci ildə artım təxminən yarıya qədər azalaraq 6,1 faizdən 3,4 faizə düşdü. Yavaşlamanın 2023-cü ildə də davam edir.

  Biz ən qabaqcıl iqtisadiyyatlarda təəccüblü dərəcədə dayanıqlı əmək bazarlarına, istehlak xərclərinə və Çinin yenidən açılmasının gətirdiyi canlanmaya baxmayaraq, dünya iqtisadiyyatının bu il 3 faizdən az böyüməsini gözləyirik.

  “Dünyanın iqtisadi görüntüsü” hesabatında da yazıldığı kimi, inkişaf həm yaxın, həm də orta müddətli dövr üçün zəif gedir.

  Mərkəzi banklar isə inflyasiya ilə mübarizədə öz kursunu davam etdirəcək".  



Әlaqәli Xәbәrlәr