Bəzi OPEC+ ölkələri may ayından neft hasilatını azaldacağını açıqlayıb

Bir sıra OPEK ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.

1968666
Bəzi OPEC+ ölkələri may ayından neft hasilatını azaldacağını açıqlayıb

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEK ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.

Əlcəzair Energetika Nazirliyindən edilən yazılı açıqlamada Əlcəzairin gündəlik neft hasilatını 48 min barrel azaltmağa "könüllü" qərar verdiyi bildirilib.

Açıqlamada OPEC+ ölkələri ilə koordinasiyalı şəkildə may ayından ilin sonuna qədər könüllü olaraq həyata keçiriləcək bu qərarın 2022-ci ilin noyabrında qəbul edilən ixtisar qərarından asılı olduğu vurğulanıb.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın Energetika Nazirliyinin mənbələrinə əsaslanaraq verdiyi xəbərdə OPEC+ ölkələri ilə koordinasiya əsasında may ayından ilin sonuna qədər gündəlik neft hasilatının 500 min barel azaldılmasına qərar verildiyi bildirilib.

Oman Energetika Nazirliyi də "Twitter" hesabında neft hasilatının may ayından başlayaraq ilin sonuna qədər gündəlik 40 min barel azalacağını açıqlayıb.

İraq 211 min barel, BƏƏ 144 min barel, Küveyt isə 128 min barel azaldacağını açıqlayıb.

Rusiya da neft hasilatını gündəlik 500 min barel azaldacağını açıqlayıb.

Bu qərarlarla OPEC+ ölkələri may ayından etibarən gündəlik hasilatını 1 milyon bareldən çox azaldacaq.

Xatırladaq ki, OPEC+ ölkələri 2022-ci il oktyabrın 5-də keçirilən iclasda 2022-ci ilin noyabrından gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarına gəliblər.


Etiketlәr: #OPEC+ , #neft hasilatı

Әlaqәli Xәbәrlәr