Aİ iqtisadiyyatında daralma

Avropa İttifaqı (Aİ) iqtisadiyyatı 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz daralıb.

1956696
Aİ iqtisadiyyatında daralma

Avropa İttifaqı (Aİ) iqtisadiyyatı 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz daralıb.

Avropa Statistika İdarəsi (Eurostat) 2022-ci ilin son rübü üçün Aİ və Avrozonanın artım templəri ilə bağlı məlumatları yeniləyib.

Müvafiq olaraq 19 üzvlü Avrozonada ümumi daxili məhsul (ÜDM) ötən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə dəyişməz qalıb. Avrozonada ÜDM 2022-ci ilin son rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artıb.

Digər tərəfdən, Aİ-də ÜDM 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz azalarkən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıb.

Əvvəlki rüblə müqayisədə ÜDM son rübdə Almaniyada 0,4 faiz, İtaliyada 0,1 faiz azalarkən, Fransada 0,1 faiz, İspaniyada isə 0,2 faiz artıb.

İllik əsasda isə ÜDM Fransada 0,5 faiz, Almaniyada 0,9 faiz, İtaliyada 1,4 faiz və İspaniyada 2,7 faiz artıb.



Әlaqәli Xәbәrlәr