Yanvar ayındaTürkiyenin Balkan ölkələrinə ixracı artıb

Türkiyenin Balkan ölkələrinə ixrac həcmi cari ilin  yanvar ayında  əvvəlki ilin müvafiq dövrünə müqayisədə 8,4% artaraq 1 milyard 450 milyon dollara çatıb.

1948688
Yanvar ayındaTürkiyenin Balkan ölkələrinə ixracı artıb

Türkiye İxracatçılar Məclisinin (TİM)  hesabatına görə  ilin ilk ayında Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Monteneqro, Kosovo, Şimali Makedoniya, Rumıniya, Serbiya, Sloveniya və Yunanıstan daxil olmaqla Balkan coğrafiyasına 1 milyard 450 milyon dollarlıq müxtəlif  məhsul ixrac edilib. Ötən  ay  ən  çox  ixrac reallaşdırılan   Balkan ölkələr arasında  444 milyon 404 min dollarla Rumıniya  ilk sırada iştirak edib.  Bu ölkəni  306 milyon 514 min dollarla Bolqarıstan, 187 milyon 673 min dollarla Yunanıstan, 153 milyon 550 min dollarla Sloveniya və 114 milyon 452 min dollarla Serbiya izləyib. Sözügedən dövrdə Xorvatiyaya 49 milyon 905 min, Albaniyaya 49 milyon 361 min, Şimali Makedoniyaya 47 milyon 757 min, Bosniya və Herseqovinaya 45 milyon 565 min, Kosovoya 37 milyon 491 min və Monteneqroya  14 milyon dollar 138 min dollarlıq  məhsul ixrac edilib.

 



Әlaqәli Xәbәrlәr